Prezident: Azərbaycan-Moldova əlaqələri çox yaxşı səviyyədədir

Prezident: Azərbaycan-Moldova əlaqələri çox yaxşı səviyyədədir
# 24 noyabr 2022 15:05 (UTC +04:00)

Azərbaycan-Moldova ikitərəfli əlaqələri çox yaxşı səviyyədədir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edərkən bildirib. Azərbaycan dövlət başçısı konkret sahələr üzrə əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.

Siyasi sahədə yaxşı qarşılıqlı fəaliyyətin olduğunu qeyd edən dövlət başçısı yüksək səviyyədə təmasların əhəmiyyətini və ticarət mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb, nəqliyyat, energetika, investisiya qoyuluşu sahələrində əlaqələrin dərinləşdirilməsi üçün imkanların olduğunu deyib. Beynəlxalq səviyyədə ölkələrimizin qarşılıqlı dəstəyinə toxunan Prezident İlham Əliyev Azərbaycanın və Moldovanın ikitərəfli formatda da həmrəylik nümayiş etdirdiklərini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR