Prezident: Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi yüksələn xətt üzrə daha da möhkəmlənəcək

Prezident: Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi yüksələn xətt üzrə daha da möhkəmlənəcək
# 28 may 2023 23:17 (UTC +04:00)

Əminəm ki, xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi “Bir millət iki dövlət” və “Bir yumruq” fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyilir.

"Bu zəfər sevincinizi Sizinlə bölüşərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyənin çiçəklənməsi, xalqınızın əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm", - məktubda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR