Prezident: Azərbaycan və Macarıstan öz münasibətlərini artıq strateji tərəfdaşlıq kimi müəyyən edib

Prezident: Azərbaycan və Macarıstan öz münasibətlərini artıq strateji tərəfdaşlıq kimi müəyyən edib
# 30 yanvar 2023 19:25 (UTC +04:00)

“Biz, həqiqətən, iki dost və tərəfdaşıq”.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşdə bildirib.

“Biz öz münasibətlərimizi artıq strateji tərəfdaşlıq kimi müəyyən etmişik. Bu gün isə biz əməkdaşlığımızın strateji mahiyyətini təsdiqləyəcək digər sənədə imza atacağıq. Cənab Baş nazir söylədiyi kimi, münasibətlərimizin artıq yaxşı tarixi var. Bu, qarşılıqlı dəstək və etimad, eləcə də tərəfdaşlıq və dostluq tarixidir. Bu, həqiqətən, böyük zənginlikdir. Buna görə, biz hazırda əməkdaşlığın yeni sahələrini araşdırırıq”, - Azərbaycan dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR