Prezident: “Azərbaycanda COVID-19-la bağlı vəziyyət çox yaxşıdır, yoluxma sayı ən aşağı səviyyəyə düşüb”

Prezident: “Azərbaycanda COVID-19-la bağlı vəziyyət çox yaxşıdır, yoluxma sayı ən aşağı səviyyəyə düşüb”
# 16 iyun 2022 17:55 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev COVID-19-a qarşı mübarizə aparılmasına dair dövlət siyasətinin vətəndaşlar tərəfindən böyük etimadla qarşılandığını bildirib.

APA xəbər verir ki, bu barədə dövlət başçısı iyunun 16-da Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edən zaman deyib.

Prezident İlham Əliyev əhalinin pandemiya ilə mübarizə qaydalarına riayət etməsini məmnunluqla bildirib.

Dövlət başçısı Azərbaycanda COVID-19 ilə bağlı vəziyyətin çox yaxşı olduğunu, yoluxma sayının ən aşağı səviyyəyə düşdüyünü, vəziyyətin tam nəzarətdə saxlanıldığını, əksər məhdudiyyətlərin aradan qaldırıldığını və normal həyata qayıdıldığını qeyd edib.

Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərimizdə səhiyyə infrastrukturunun qurulması layihələri ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR