Prezident: Azərbaycanı Naxçıvanla və Türkiyə ilə birləşdirilən dəmir yolunun inşası uğurla gedir

Prezident: Azərbaycanı Naxçıvanla və Türkiyə ilə birləşdirilən dəmir yolunun inşası uğurla gedir
# 25 sentyabr 2023 17:09 (UTC +04:00)

Biz bu gün sizinlə, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun həcminin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

“Mən sizə məlumat verdim ki, yaxın aylarda bu yolun imkanları 1 milyondan 5 milyon tona qədər artırılacaq. Və Azərbaycanı Naxçıvanla və Türkiyə ilə birləşdirilən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır”, – Prezident əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR