Prezident: Azərbaycanın Avropa ailəsinə dəvət olunması deməyə əsas verir ki, əlaqələrimizin çox gözəl perspektivləri var

Prezident: Azərbaycanın Avropa ailəsinə dəvət olunması deməyə əsas verir ki, əlaqələrimizin çox gözəl perspektivləri var
# 06 oktyabr 2022 21:42 (UTC +04:00)

Avropanın Azərbaycanı bu tədbirə dəvət etməsini əlbəttə ki, yüksək qiymətləndiririk. Bu, yeni platformadır, müzakirələr təzə başlayıb.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, hələlik bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq fikir demək mümkün deyil. Amma hər halda həm Avropa İttifaqına, həm də ev sahibi Çexiyanın Azərbaycanı Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR