Prezident: Azərbaycanın enerji diplomatiyası qarşısında yeni vəzifə və tapşırıqlar müəyyən edilib

Prezident: Azərbaycanın enerji diplomatiyası qarşısında yeni vəzifə və tapşırıqlar müəyyən edilib
# 02 fevral 2023 14:09 (UTC +04:00)

Cənub Qaz Dəhlizinin ötənilki toplantısında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi baxımından yaxşı nəticələr əldə olunub.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edərkən deyib.

Azərbaycan Prezidenti hazırda enerji diplomatiyamız qarşısında yeni vəzifə və tapşırıqların müəyyən edildiyini diqqətə çatdıraraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında səmərəli müzakirələrin aparılacağına əminliyin ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR