Prezident: Azərbaycanın enerji resursları əvvəlki dövrlə müqayisədə Avropaya daha çox lazımdır

Prezident: Azərbaycanın enerji resursları əvvəlki dövrlə müqayisədə Avropaya daha çox lazımdır
# 30 yanvar 2023 19:27 (UTC +04:00)

“Tərəfdaşlığımız üçün artıq çox möhkəm zəmin yaranıb”.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşdə bildirib.

“Cənab Baş nazir qeyd etdiyi kimi, enerji əməkdaşlığımızın bir hissəsinə çevrilir. Əvvəlcə, bu, heç zaman olmamışdır. Buna görə, əməkdaşlığımızın enerji tarixçəsi yoxdur. Elə oldu ki, hazırda Azərbaycanın enerji resursları əvvəlki dövrlə müqayisədə Avropaya daha çox lazımdır. Biz öz təchizatımızı artırmağa hazırıq və əlbəttə ki, əməkdaşlığı dost ölkələrlə başlamaq istəyirik. Bu gün, biz enerji sahəsində uzunmüddətli işbirliyinə imkan yaradacaq müvafiq Anlaşma Memorandumunu imzalayacağıq. Lakin, təkcə bu sahə deyil, çünki biz təhsil və mədəniyyət sahələrində əməkdaşlıq edirik”, - Prezident İlham Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR