Prezident: Azərbaycanın irəli sürdüyü və Aİ-nin dəstəklədiyi layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişib

Prezident: Azərbaycanın irəli sürdüyü və Aİ-nin dəstəklədiyi layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişib
# 18 iyul 2022 16:32 (UTC +04:00)

Azərbaycanın irəli sürdüyü və Avropa İttifaqı (Aİ) tərəfindən dəstəklənən enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə mətbuata birgə açıqlamasında deyib.

“Enerji sahəsində bizim fəal əməkdaşlığımızın 15 ildən çox tarixi var. Bugünkü memorandum bizim aramızda imzalanmış ilk sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı birgə bəyanat imzalamışıq. Beləliklə, bizim yaxşı tariximiz və yaxşı nailiyyətlərimiz var. Azərbaycanın irəli sürdüyü və Aİ tərəfindən dəstəklənən, bizim tərəfdaşlarımız tərəfindən dəstəklənən enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR