Prezident: Azərbaycanla enerji sahəsində aktiv əməkdaşlıq edən Avropa şirkətlərinin sayı artıb

Prezident: Azərbaycanla enerji sahəsində aktiv əməkdaşlıq edən Avropa şirkətlərinin sayı artıb
# 31 may 2023 12:07 (UTC +04:00)

Azərbaycanla enerji sahəsində aktiv əməkdaşlıq edən Avropa şirkətlərinin sayı artıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

“Biz çox qürur duyuruq ki, Avropa İttifaqının çox yüksək vəzifəli rəsmiləri Azərbaycanı etibarlı tərəfdaş adlandırırlar. Bu, doğrudur. Azərbaycan pan-Avropa qaz tədarükçüsü də adlandırılır ki, bu da həmçinin həqiqətə çevrilir. Çünki ötənilki Bakı Enerji Həftəsindən sonra baş tutmuş tədbirlərə nəzər salsaq, biz daha çox Avropa şirkətlərinin Azərbaycanla aktiv əməkdaşlıq etdiyini görərik”, - Prezident İlham Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR