Prezident: Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq

Prezident: Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq
# 08 noyabr 2022 15:43 (UTC +04:00)

İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi.

APA xəbər verir ki, bunu noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq: “Biz indi başımızı dik tutub istənilən tədbirdə, istənilən formatda sözümüzü deyirik. Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq. Buna görə sizə və sizin kimi on minlərlə hərbçiyə borcluyuq. Azərbaycan xalqı bunu bilir və yaxşı qiymətləndirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR