Prezident: Bolqarıstan və Azərbaycan bir-biri ilə daha sıx əlaqədədirlər

Prezident: Bolqarıstan və Azərbaycan bir-biri ilə daha sıx əlaqədədirlər
# 30 sentyabr 2022 18:29 (UTC +04:00)

“İlk növbədə, cənab Prezident, məni Bolqarıstana dəvət etdiyiniz üçün, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, Prezident Radev bu gün müzakirə olunan məsələlər haqqında geniş məlumat verdi:

“Öz tərəfimdən onu əlavə etmək istərdim ki, bizim həm təkbətək söhbətimiz, həm də nümayəndə heyətlərinin iştirakı ilə gedən müzakirələrdə səmimi şəraitdə bir çox məsələlər müzakirə edildi. Əminəm ki, bu səfərin nəticələri çox uğurlu olacaq və bu gün əldə edilmiş razılaşmalar mütləq yerinə yetiriləcəkdir, necə ki, bundan əvvəlki dövrlərdə əldə edilmiş razılaşmalar yerinə yetirilirdi.

Xüsusilə 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu Bəyannamə həm bizim əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır, eyni zamanda, o bəyannamədə təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR