Prezident: Bu ağır sınaq Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək

Prezident: Bu ağır sınaq Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək
# 08 fevral 2023 16:09 (UTC +04:00)

Bir daha deyirəm, keçmiş olsun, bütün həlak olanlara Allah rəhmət eləsin, yaxınlarına Allah səbir versin və təbii fəlakətlər olur, heç kim bundan sığortalı deyil.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən bildirib.

“Amma Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Bu, qardaş xalqımızı sarsıtmayacaq, Türkiyə dövlətinin iradəsinə təsir etməyəcək. Türkiyə dövləti güclü dövlətdir və bu fəlakətlə də mübarizədə öz gücünü göstərir”, - Azərbaycan Prezidenti deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR