Prezident: Bu gün Azərbaycan bir çox ölkələr üçün əvəzolunmaz tərəfdaşa çevrilib

Prezident: Bu gün Azərbaycan bir çox ölkələr üçün əvəzolunmaz tərəfdaşa çevrilib
# 21 noyabr 2022 15:51 (UTC +04:00)

Bizim hələ 1990-cı illərin ortalarında Ulu Öndərin təşəbbüsü ilə başlanmış neft-qaz layihələri indi görün nə qədər geniş vüsət almışdır. Hətta onun müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri əsas rol oynamışdır. Amma ondan sonrakı layihələr bizim imkanlarımızı böyük dərəcədə genişləndirdi və bu gün Azərbaycan bir çox ölkələr üçün əvəzolunmaz tərəfdaşa çevrilib.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxışında bildirib.

Dövlət başçısı deyib ki, bu gün dünyada gedən proseslər bunu göstərir ki, enerji təhlükəsizliyi təhlükəsizliyin əsas amillərindən biridir: “Bu olmadan heç bir ölkə özünü təhlükəsiz saya bilməz. Bizim üstünlüyümüz, əlbəttə, ondadır ki, təbii sərvətlərimiz var. Amma o qədər ölkələr var ki, onların təbii sərvətləri bizimkindən qat-qat çoxdur. Lakin, - mən heç kimlə müqayisə aparmaq istəmirəm, - o sərvətlərdən bütünmü ölkələr səmərəli şəkildə istifadə edir? Əlbəttə ki, yox. Ona görə Azərbaycanda bu sahədə aparılan işlər həm ölkə iqtisadiyyatını gücləndirdi, eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü. İlk növbədə ən həssas qruplar bu imkanlardan faydalandılar, o cümlədən keçmiş məcburi köçkünlər. Məhz onlar Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına tikilmiş 300 mindən çox ev və mənzillə təmin edilmişdir. Eyni zamanda, neft-qaz layihələrimiz bizim beynəlxalq mövqelərimizi də gücləndirdi. Çünki xüsusilə indiki şəraitdə, bugünkü gündə Azərbaycanın infrastrukturu, nəqliyyat, enerji infrastrukturu bir çox ölkələr üçün həyati əhəmiyyət kəsb edir. Əlbəttə ki, geosiyasi imkanlarımız artdıqca ölkə maraqları daha da dolğun şəkildə təmin edilir, müxtəlif qitələrdə bizim dostlarımızın sayı artır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR