Prezident: “Bu gün erməni vəhşiliyi haqqında dünyada kifayət qədər böyük məlumat var”

Prezident: “Bu gün erməni vəhşiliyi haqqında dünyada kifayət qədər böyük məlumat var”
# 27 iyun 2022 11:04 (UTC +04:00)

“Əminəm ki, bu bölgə turizm zonası olacaq. Çünki burada olan təbii gözəllik heç bir yerdə yoxdur”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimindən sonra çıxışında deyib.

“Təbii gözəllik – çaylar, bulaqlar, meşələr - biz bütün bu sərvətdən məhrum idik, ermənilər bizim xalqımızı məhrum etmişdilər. Otuz il ərzində bizim təbii sərvətlərimizi istismar edir, ağaclarımızı kəsirdilər, - 60 min hektar ağac fondu, meşə fondu məhv edilib, - çaylarımızı zəhərləyir, binalarımızı sökür, qızıl yataqlarımızı qanunsuz istismar edirdilər. Hər şeyi qanunsuz edirdilər. Bu gün erməni vəhşiliyi haqqında dünyada kifayət qədər böyük məlumat var və biz bu məlumatı daha da genişləndirəcəyik”, - dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR