Prezident: Bütün dövlət məmurlarına, o cümlədən sahibkarlara dediyim sözlər hesab edirəm ki, əsas olmalıdır

Prezident: Bütün dövlət məmurlarına, o cümlədən sahibkarlara dediyim sözlər hesab edirəm ki, əsas olmalıdır
# 25 iyul 2022 14:29 (UTC +04:00)

“Azərbaycan ərazi baxımından o qədər də böyük ölkə deyil”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarının yeni təyin olunmuş icra başçılarını qəbulu zamanı deyib.

Dövlət başçısı bildirib ki, bizim üçün hər qarış torpaq qiymətlidir, dəyərlidir və torpaqdan insanlar istifadə etməlidirlər:

“Fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər. Biz ölkəmizin ekoloji sistemini qorumalıyıq və sizə də tövsiyələrimin biri bundan ibarətdir. Görülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya ziyan dəyməsin. Xüsusilə həm Göygöl, həm Lerik, həm də Masallı çox zəngin təbiəti olan rayonlardır. Ona görə ekoloji tarazlıq, ekoloji normalar qorunmalıdır. Bunu mütləq nəzərə alın.

Əminəm ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Bax, dövlətin siyasəti bundan ibarətdir. Mən hər zaman Azərbaycan dövlətinin siyasətini birmənalı şəkildə ifadə edirdim, bunu ictimaiyyətə təqdim edirdim. Mənim bir çox çıxışlarım ictimaiyyət qarşısında hesabat xarakterli çıxışlardır və eyni zamanda, bütün dövlət məmurlarına, o cümlədən sahibkarlara dediyim sözlər hesab edirəm ki, əsas olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR