Prezident: “Cocuq Mərcanlıda Gövhərağa məscidinin bənzərini inşa etməyimiz rəmzi məna daşıyır” 

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 04 oktyabr 2021 17:12 (UTC +04:00)

“Cocuq Mərcanlıda olarkən demişdim ki, bu gün Şuşa məscidinin – Gövhərağa məscidinin bənzərini biz burada inşa etmişik, bu, rəmzi məna daşıyır. Şuşa işğaldan azad olunandan sonra ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Üç il keçəndən sonra artıq bu sözlər həyatda öz yerini tapmışdır”.

APA xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, o vaxt Cocuq Mərcanlıda 150 evdən ibarət mərhələli yollarla qəsəbə salındı, məktəb tikildi, tibb məntəqəsi: "Şuşa məscidinin bənzəri olan məscid inşa edildi, iş yerləri üçün imkanlar yarandı".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR