Prezident: Ərazilərin minalardan təmizlənməsi işinə Britaniyanın töhfəsini yüksək qiymətləndiririk 

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 07 sentyabr 2022 11:46 (UTC +04:00)

“Birləşmiş Krallıq Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Elizabet Trassa ünvanladığı təbrik məktubunda deyib.

"Ölkənizi təmsil edən şirkətlər, ö cümlədən neft-qaz hasilatında etibarlı tərəfdaşımız olan BP Azərbaycanda uğurla fəaliyyət göstərir və bir sıra vacib layihələrin həyata keçirilməsində iştirak edirlər. Əməkdaşlığımızın prioritet istiqamətlərdən olan enerji sektorunda uzunmüddətli və məhsuldar işbirliyimiz qlobal enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan əsaslı bərpa və yenidənqurma işləri tərəfdaşlığımızın əhatə dairəsinin daha da genişlənməsi üçün əlverişli şərait yaratmışdır. Biz bu ərazilərin minalardan təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni yüksək qiymətləndiririk”, - dövlət başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR