Prezident: Füzulidəki məktəb Azərbaycan və özbək xalqlarının qardaşlığının rəmzi olacaq

Prezident: Füzulidəki məktəb Azərbaycan və özbək xalqlarının qardaşlığının rəmzi olacaq
# 10 noyabr 2022 19:48 (UTC +04:00)

“İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Yenidən Səmərqənddə olmağıma çox şadam. Azərbaycanın Vətən müharibəsində Qələbəsi münasibətilə təbrikinizə görə təşəkkürümü bildirmək istəyirəm”.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyevlə görüşü zamanı bildirib:

"Biz qardaş özbək xalqının, şəxsən Sizin bizə, ölkəmizə və Azərbaycanın ədaləti bərpa etməsinə münasibətinizi çox yüksək qiymətləndiririk. Biz bu dəstəyi müharibə dövründə də, sonra da hiss edirdik. Əlbəttə, işğaldan azad edilmiş Füzuli şəhərində məktəb tikmək təşəbbüsünüzə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, ərazilərin bərpası işinə ilk xarici töhfə olacaq və biz bunu çox yüksək qiymətləndiririk. İndicə Sizinlə informasiya mübadiləsi etdiyimiz kimi, məktəbin tikintisi artıq başlanıb. Bu məktəb bizim xalqlarımızın qardaşlığının rəmzi olacaq” , - deyə dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR