Prezident İlham Əliyev Ağdamda Şahbulaq qalasında olub - YENİLƏNİB

Prezident İlham Əliyev Ağdamda Şahbulaq qalasında olub - YENİLƏNİB
# 28 may 2021 19:56 (UTC +04:00)

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Şahbulaq qalasında olub.

APA-nın xəbərinə görə, dövlət başçısına abidənin yenidənqurma planı təqdim edilib.

Bildirilib ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

***

saat 13:21

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Şahbulaq qalasında olub.

APA-nın xəbərinə görə, dövlətimizin başçısına abidənin yenidənqurma planı təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR