Prezident İlham Əliyev Albaniyaya dövlət səfərinə gedib - VİDEO

Prezident İlham Əliyev Albaniyaya dövlət səfərinə gedib - VİDEO
# 15 noyabr 2022 13:53 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfərinə gedib.

APA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR