Prezident İlham Əliyev: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Qarabağ var”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 14 iyul 2021 16:27 (UTC +04:00)

“Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşdə çıxışında deyib.

Prezident bildirib ki, ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir: “Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR