Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı bu ilin 11 ayında 5,3 faiz artıb

Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı bu ilin 11 ayında 5,3 faiz artıb
# 01 yanvar 2022 01:12 (UTC +04:00)

Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır. Heç bir yardım almamışıq, heç bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində deyib.

“Əlbəttə, əgər iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün olmayacaq. Görülmüş işlər nəticəsində demək olar ki, biz artıq postböhran dövrünə qədəm qoyduq. Azərbaycan iqtisadiyyatı bu ilin 11 ayında 5,3 faiz, qeyri-neft iqtisadiyyatı isə 6,4 faiz artıb. Sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb. Ticarət əlaqələrimizin müsbət saldosu 9,4 milyard dollardır. Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil edir və bu il ərzində həm mütləq rəqəmlərdə, həm ümumi daxili məhsula nisbətdə xarici dövlət borcu azalıb”, - deyə dövlətimizin başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR