Prezident İlham Əliyev: Azərbaycan işğal damğasından qurtulub

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 05 oktyabr 2022 14:08 (UTC +04:00)

Azad edilmiş ərazilərdəki bütün şəhərlərin baş planları aparıcı beynəlxalq şirkətlər tərəfindən hazırlanıb və təsdiq edilib.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

“Biz artıq burada, Ağdamda bir neçə mənzil layihəsinə başlamışıq. Mən dünən üç kəndin – Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin təməlqoyma mərasimində idim. Maksimum iki il ərzində bir neçə min nəfər bu kəndlərdə yaşayacaq. Ağdam şəhərində ola bilsin bu il, ola bilsin gələn il hazır olacaq min şagirdlik məktəb tikirik, xəstəxana və müəyyən mənzil layihələri həyata keçirilir”, - Azərbaycan Prezidenti əlavə edib.

Dövlət başçısı qeyd edib ki, Laçının gələn ilin sonunadək bərpası planlaşdırılır.

“Azərbaycan işğal damğasından qurtulub və indi yüksəlir”, - Prezident İlham Əliyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR