Prezident İlham Əliyev: Azərbaycan-Misir münasibətləri inkişaf edəcək və genişlənəcək

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 23 iyul 2022 11:06 (UTC +04:00)

“Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur”.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə Misirin milli bayramı – İnqilab Günü münasibətilə ünvanladığı məktubda bildirilib.

“İnanıram ki, Azərbaycan-Misir ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə bundan sonra da birgə səylərimizlə inkişaf edəcək və genişlənəcək”, - Azərbaycan dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR