Prezident: Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını dəstəkləyir

Prezident: Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını dəstəkləyir
# 07 oktyabr 2022 06:39 (UTC +04:00)

“Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan prosesi dəstəkləyir”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Prezident İlham Əliyev, eyni zamanda, qeyd edib ki, Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan prosesi dəstəkləyir. Vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında olan normallaşma prosesi və Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi bir-birini tamamlayacaq proseslərdir, bütövlükdə regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət göstərə biləcək haldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR