Prezident İlham Əliyev: Azərbaycanda pandemiya tam nəzarət altındadır - VİDEO

Prezident İlham Əliyev: Azərbaycanda pandemiya tam nəzarət altındadır - VİDEO
# 01 yanvar 2022 01:26 (UTC +04:00)

Hesab edirəm ki, bu il COVID-lə mübarizədə yaxşı nəticələr əldə edilib, pandemiya tam nəzarət altındadır. Azərbaycan nadir ölkələrdəndir ki, bu sahədə vəziyyət qəbulediləndir.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində bildirib.

Dövlətimizin başçısı deyib: “Eyni zamanda, aparılan genişmiqyaslı peyvəndlənmə siyasəti, peyvəndlənmə işləri bizə kömək göstərir. Əhalinin təxminən 50 faizi artıq 2 doz peyvənd alıb. 18 yaşdan yuxarı olan əhaliyə gəldikdə isə, bu rəqəm 62 faizə çatır. Ümumilikdə 11 milyondan çox doz vaksin vurulubdur və bu bəla ilə biz yeni ildə də ciddi mübarizə aparacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR