Prezident İlham Əliyev: Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var

Prezident İlham Əliyev: Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var
# 15 noyabr 2022 16:45 (UTC +04:00)

“Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatında deyib.

“Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişdik. Demək olar ki, NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasındaydıq ki, biz sülhməramlı missiyaya qoşulduq və Əfqanıstandan çıxan son 2 ölkə arasındaydıq. Son iki ölkə Türkiyə və Azərbaycan idi. Bütün qalan NATO üzvləri bizdən qabaq oradan çıxmışdı. Bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi, NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək verib. Buna görə də mən sizə minnətdaram”, - dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR