Prezident İlham Əliyev: Başladığımız bütün proqramların hamısı icra olunub

Prezident İlham Əliyev: Başladığımız bütün proqramların hamısı icra olunub
# 18 yanvar 2023 20:18 (UTC +04:00)

Mən hər il regionlara təxminən 30-40 səfər edirəm və insanları hansı problemlərin narahat etdiyi, nələrin həll edilməli olması ilə, nə etməli olduğumuzla maraqlanıram. Bu, enerji təhlükəsizliyi, nəqliyyat kimi qlobal layihələrin bir hissəsidir, insanların gündəlik həyatıdır.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.

İnsanların daha yaxşı yaşamalarını təmin etmək üçün müxtəlif alətlərin olduğunu qeyd edən Azərbaycan Prezidenti deyib: “İlk növbədə, siz xalqınızla dürüst davranmalısınız və onda onlar sizi dəstəkləyəcəklər, sizə etibar edəcəklər. Başladığımız bütün proqramlarımıza gəlincə, onların hamısı icra olunub. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb”.

Dövlətimizin başçısı əlavə edib ki, 20 illik prezidentliyi dövründə söylədiyi hər bir sözə görə məsuliyyət daşıya bilər: “Millətimizin əldə etdiyi ən böyük nəticələrdən biri işğal altındakı ərazilərin iki il əvvəl azad edilməsi oldu. Bu, həm də tarixi nailiyyət idi, bəlkə də ən mühüm tarixi nailiyyət”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR