Prezident İlham Əliyev: "Biz donora çevrilmişik, özümüz kredit ayırırıq"

İlham Əliyev

© APA | İlham Əliyev

# 18 may 2022 21:22 (UTC +04:00)

"İqtisadi davamlılığa gəldikdə isə Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan ölkə deyil".

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunun açılış mərasimində çıxış edərkən deyib.

"Bəli, biz kreditləri götürürük, lakin onları yalnız yüksək texnoloji layihələrə cəlb edirik. Eyni zamanda, biz donora çevrilmişik. Biz özümüz kredit ayırırıq. Ehtiyatlarımız isə xarici borcumuzu bir neçə ay ərzində sıfıra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir və gələcək islahatlarımızı lazımınca planlaşdırmağa imkan yaradır", - dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR