Prezident İlham Əliyev Ermənistanın Azərbaycan ərazilərinə silah-sursat daşıdığını Şarl Mişelin diqqətinə çatdırıb

Prezident İlham Əliyev Ermənistanın Azərbaycan ərazilərinə silah-sursat daşıdığını Şarl Mişelin diqqətinə çatdırıb
# 25 mart 2023 18:00 (UTC +04:00)

Prezident İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib.

APA xəbər verir ki, Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına diqqət çəkib.

Dövlət başçısı qeyd edib ki, 2023-cü il martın 20-də Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb və martın 5-də Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribat zamanı 2 hərbi qulluqçumuz şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR