Prezident İlham Əliyev: "Gələn il Tacikistana səfərim olacaq"

Prezident İlham Əliyev: "Gələn il Tacikistana səfərim olacaq"
# 25 noyabr 2022 12:21 (UTC +04:00)

“Mən dəfələrlə Mərkəzi Asiya ölkələrinə səfər etmişəm. Cari ilin aprel ayından bu günədək Özbəkistana üç dəfə səfər etmişəm”.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, bu səfərlər həm rəsmi, həm də beynəlxalq tədbirlərdə iştirakla bağlı olub:

“Mən Qırğızıstanda dövlət səfərində oldum. Cari ilin avqustunda Qazaxıstan Prezidenti Azərbaycana səfər edib. Bundan öncə mənim Türkmənistana səfərim olub. Gələn il Tacikistana səfərim olacaq. Tacikistan Prezidenti məni dəvət edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR