Dövlət başçısı Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib - YENİLƏNİB

Dövlət başçısı Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib - YENİLƏNİB
# 09 avqust 2022 18:33 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

APA xəbər verir ki, görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulanıb.

Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub.

***

17:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xiddməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR