Prezident İlham Əliyev: "Qarşıdakı illərdə biz Pakistanla hərbi əməkdaşlığımızı genişləndirməliyik"

Prezident İlham Əliyevin Pakistanın Quru Qoşunları komandanı Qamar Caved Bacvanı qəbulu

© APA | Prezident İlham Əliyevin Pakistanın Quru Qoşunları komandanı Qamar Caved Bacvanı qəbulu

# 21 iyun 2021 15:05 (UTC +04:00)

“Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq hüquq və ədaləti fəal şəkildə müdafiə edir. Mən Bakıda keçirilən sammitdə şəxsən iştirak etdiyinə və Qoşulmama Hərəkatı çərçivəsində bizim təşəbbüsləri dəstəklədiyinə görə Pakistanın Prezidentinə çox minnətdaram. Əməkdaşlığımız uğurla inkişaf edir”.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edərkən deyib.

O bildirib ki, Azərbaycan və Pakistan müdafiə və müdafiə sənayesi sahələrində çox yüksək səviyyəli tərəfdaşlıq nümayiş etdirir: “Sizin bizim ölkəmizə səfəriniz bunun daha bir göstəricisidir. Biz Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq. Bildiyiniz kimi, biz bu məhsulları alırıq, bu da bizim hərbi potensialımızı gücləndirir. Düşünürəm ki, qarşıdakı illərdə biz hərbi əməkdaşlığımızı genişləndirməli və tərəfdaşlığımızı gücləndirmək üçün birgə hərbi təlim və başqa təşəbbüslər planlaşdırmalıyıq. Əminəm ki, bu və bir çox başqa məsələlər həmkarlarınızla müzakirə mövzuları kimi sizin gündəliyinizdə olacaq. Sizə yaxşı vaxt keçirməyi arzulayıram. Bir daha xoş gəlmisiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR