Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib
# 29 aprel 2023 14:15 (UTC +04:00)

“Mən bu il 3-cü dəfə qardaş ölkəyə səfər edirəm - fevral ayında, mart ayında və bu gün buradayam. Əziz qardaşım sıra sizdə”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında deyib.

“Biz sizi gözləyirik, bütün Azərbaycan xalqı sizi gözləyir, sizi öpür qucaqlayır, sizə öz sayğı və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir”,-deyə dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR