Prezident İlham Əliyev Roma Papası Fransiski Tacqoyma Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Roma Papası Fransiski Tacqoyma Günü münasibətilə təbrik edib
# 13 mart 2023 11:11 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası Fransiskə Tacqoyma Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir: “Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram”.

Dövlətimizin başçısı təbrik məktubunda Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.

“Biz sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda uzun illərdən bəri davam edən fəal və səmərəli əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk. Ölkəmizin Müqəddəs-Tacda səfirliyinin təsis edilməsi münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin göstəricisi və Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrinin inkişafına verdiyimiz önəmin bariz təzahürüdür”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR