Prezident İlham Əliyev: "Şuşa əməliyyatı artıq bir dastana çevrilib"

Prezident İlham Əliyev: "Şuşa əməliyyatı artıq bir dastana çevrilib"
# 24 dekabr 2021 16:16 (UTC +04:00)

Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib.

APA-nın xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışındakı çıxışında söyləyib.

“Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları inana bilmirlər ki, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər”, - deyə dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR