Daha 11 rayonda 15 modul tipli məktəb quraşdırılacaq - CƏDVƏL

Daha 11 rayonda 15 modul tipli məktəb quraşdırılacaq - CƏDVƏL
# 16 may 2022 14:57 (UTC +04:00)

Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Təhsil Nazirliyinə 5 milyon manat ayırılıb.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Maliyyə Nazirliyi bu Sərəncama uyğun olaraq maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR