Bizim bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.
“Bizim ticarət dövriyyəmiz 6 milyard dollardan çoxdur. Bu ilin 7 ayında 40 faiz daha artmışdır və əminəm ki, daha da artacaq. Düzdür, hədəf çox yüksək rəqəmlərlə ölçülür, bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəfləmişdik, o zaman ticarət dövriyyəsi haradasa 2 milyard idi, amma indi 6 milyardı ötüb, yəqin ki, yaxın gələcəkdə buna da çatacağıq. Onsuz da tərcihli ticarət anlaşması da imzalanıb və o siyahıda olan məhsulların sayı da artır. Ona görə də buna da biz əminəm ki uğurla çatacağıq”, - dövlət başçısı deyib.