Prezident İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - YENİLƏNİB - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - YENİLƏNİB  - VİDEO
# 10 may 2022 09:28 (UTC +04:00)

Mayın 10-da - xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.

APA xəbər verir ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.

Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.

***

08:56

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasından 99 il ötür.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra dövlət başçısı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri düzüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR