Prezident İsraildəki Səfirliyin fəaliyyətinin təmin edilməsi haqda Sərəncam imzalayıb

Prezident İsraildəki Səfirliyin fəaliyyətinin təmin edilməsi haqda Sərəncam imzalayıb
# 26 noyabr 2022 16:18 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR