Prezident İsraillə turizm sahəsində əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Prezident İsraillə turizm sahəsində əməkdaşlıq haqqında Sazişi təsdiqləyib
# 05 iyul 2022 17:15 (UTC +04:00)

“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

APA xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” 2022-ci il martın 30-da Təl-Əviv şəhərində imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR