Prezident: “Mən üçüncü dəfə vaksin almışam və hər kəsə bunu məsləhət görürəm” - VİDEO

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi

© APA | Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi

# 12 yanvar 2022 20:08 (UTC +04:00)

“Vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşdan yuxarı olan əhalinin haradasa 64 faizi artıq iki dozu alıb, ümumi əhali daha az. Eyni zamanda, buster dozasını 1 milyon 500-dən çox adam alıb, o cümlədən də mən”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Mən bunu ilk dəfə deyirəm. Mən üçüncü dəfə vaksin almışam və hər kəsə bunu məsləhət görürəm”, - dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR