Prezident: “Münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanlar yaranıb”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 28 yanvar 2022 12:17 (UTC +04:00)

Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanlar yaranıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı videoformatda qəbul edərkən bildirib.

Prezident İlham Əliyev ölkəmizin əlverişli coğrafi mövqeyi, infrastruktura yatırılmış investisiyalar, qonşu dövlətlərlə qurulmuş əlaqələr sayəsində Azərbaycanın regionun nəqliyyat-logistika mərkəzinə çevrildiyini bildirib və regional bağlantıların əməkdaşlıq üçün əlverişli mühit yaratdığını diqqətə çatdırıb.

Dövlət başçısı regional əməkdaşlıq məsələlərinə toxunaraq, COVID-19 pandemiyasının yaratdığı qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycanın keçən il əsas tərəfdaş dövlətlərlə ticarət dövriyyəsinin artmasının ölkə iqtisadiyyatının bərpasının və inkişafının göstəricisi olduğunu bildirib. Azərbaycan Prezidenti keçən il iqtisadiyyatın 5 faizdən çox, qeyri-neft sektorunun 7 faiz, qeyri-neft sənaye sektorunun isə 20 faiz artmasının aparılmış islahatların nəticəsi olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR