Prezident qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin həyata keçirildiyini Blinkenə bildirib

Prezident qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin həyata keçirildiyini Blinkenə bildirib
# 26 sentyabr 2023 23:09 (UTC +04:00)

Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesi həyata keçirilir.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib.

Dövlət başçısı hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin həyata keçirildiyini və onların Azərbaycan ərazisindən çıxarılması işinin həyata keçirildiyini ABŞ tərəfinə bildirib.

Son beş gün ərzində yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə edildiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR