Prezident: "Qarabağ münaqişəsinin həlli regionda sülh və təhlükəsizlik üçün fürsətdir" - YENİLƏNİB

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 16 iyun 2022 11:04 (UTC +04:00)

Qarabağ münaqişəsinin həlli regionda sülh və təhlükəsizlik üçün fürsətdir.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.

“Əlbəttə, Azərbaycan Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə əlaqədar məsələlər üzərində işləyirəm və Qarabağ münaqişəsinin həlli düşünürəm ki, regionda sülh və təhlükəsizlik üçün fürsətdir. Bizim sonuncu görüşümüzdə mən geniş şəkildə işğal, dağıntılar və bizim insanlarımızın təxminən 30 il əziyyət çəkdiyi humanitar böhranla bağlı geniş məlumat vermişdim. Bunu təkrar etmək istəmirəm, bu artıq bilinir, çünki azad edilmiş ərazilərə bir çox səfərlər olub. Siyasətçilər, ictimai fiqurlar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın işğalından qalan dağıntıları, hər şeyi öz gözləri ilə görüblər. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdaram, ötən il onlar sessiyalardan birini Şuşada təşkil etdilər və bizim orada görüşmək fürsətimiz oldu. Mən orada bizim qonaqlarımız üçün həm də bir növ bələdçi idim, onlara vəziyyəti göstərirdim. Ona görə də mən postmüharibə vəziyyətinə dair bizim yanaşmalarımızı ifadə etmək istəyirəm”, - Azərbaycan Prezidenti qeyd edib.

***

10:50

Qarabağ münaqişəsinin həlli regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün yeni imkan və fürsətlər yaradıb.

APA xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

Azərbaycanın münaqişədən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verən dövlət başçısı bildirib ki, bu müharibə ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpasına yönəlmişdi.

“Bu, dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib. Dünyada belə hallara heç də çox rast gəlinmir. Biz niyə sülh istəyirik?! Çünki biz sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyirik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR