Prezident Ruandanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident Ruandanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
# 06 avqust 2022 12:45 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fidelis Ntampaka Mironkonun etimadnaməsini qəbul edib.

APA xəbər verir ki, səfir Fidelis Ntampaka Mironko etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha yaxın əlaqələrin qurulmasının zəruriliyini qeyd edərək, Azərbaycanla Ruandanın BMT və Qoşulmama Hərəkatında əməkdaşlığına toxundu. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılmasına verdiyi dəstəyə və Ruandanın ölkəmizin sədr qismində irəli sürdüyü təşəbbüsləri, xüsusilə də COVID-19 ilə bağlı səylərini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın bu istiqamətdə səylərinin əsas məqsədi vaksinlərin ədalətli bölüşdürülməsi və vaksin millətçiliyinə qarşı mübarizə olub. İkitərəfli münasibətlərə gəldikdə, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edən dövlətimizin başçısı bu baxımdan nümayəndə heyətlərinin və biznes qruplarının qarşılıqlı səfərlərinin təşkil olunmasının əhəmiyyətini vurğulayıb.

Səfir Fidelis Ntampaka Mironko Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin salamlarını dövlətimizin başçısına çatdırıb, onun Azərbaycana səfərini ehtiramla xatırlayıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Ruanda Prezidentinə çatdırmağı xahiş edib.

Səfir ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün Azərbaycanın müvafiq strukturları ilə bundan sonra da fəal təmasların qurulacağına əminliyini bildirib.

***

10:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fidelis Ntampaka Mironkonun etimadnaməsini qəbul edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR