Prezident: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdən kriminal ünsürlər çıxarılmalıdır

Prezident: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdən kriminal ünsürlər çıxarılmalıdır
# 18 yanvar 2023 14:14 (UTC +04:00)

Prezident İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü zamanı deyib.

Azərbaycan Prezidenti Ermənistan tərəfinin ötən iki ildən artıq müddət ərzində Laçın yolundan minaların, silah-sursatın və şəxsi heyətin daşınması üçün istifadə etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR