Prezident SHXÇDX-nin hərbçilərinə ali hərbi rütbələr verib - VİDEO

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 27 dekabr 2021 13:55 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Zaur Qasım oğlu Abdullayevə

general-mayor Mayıl Seminar oğlu Şahverdiyevə

general-mayor Yusif Həsən oğlu Mirzəyevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Çingiz Böyükağa oğlu Kiçibəyova.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR