Prezident: Strateji xətt üzrə aparılan islahatlar yaxın gələcəkdə bizə əlavə imkanlar verəcək

Prezident: Strateji xətt üzrə aparılan islahatlar yaxın gələcəkdə bizə əlavə imkanlar verəcək
# 21 noyabr 2022 16:15 (UTC +04:00)

“Əlbəttə ki, bu gün hələ də görüləsi işlər çoxdur”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxışında bildirib.

“İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir. O cümlədən dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir.

Əminəm ki, bu gün aparılan iqtisadi islahatlar - strateji xətt üzrə aparılan bu islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək” – dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR